Vrbasda Serbiyada keçirilən etirazlar nəticəsində 16-sı polis olmaqla, 70-ə yaxın adam yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası RTS məlumat yayıb.
Hadisə avqustun 12-də axşam saatlarında bir qrup vətəndaşın Serbiya Tərəqqi Partiyası və onun tərəfdarlarının binası qarşısında etiraz aksiyası keçirməsi zamanı baş verib
Avqustun 11-də Belqrad küçələrində başlayan aksiyada etirazçılar respublika prezidenti Aleksandr Vuçiçin həbsini istəyiblər.