Gəncədə 27 yaşlı kişi kəsici alətdən xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospketi ərazisində qeydə alınıb. Belə ki, Göygöl rayon sakini 1998-ci il təvəllüdlü Ə.Həsənov qollarının çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. 27 yaşlı kişini hansı şəraitdə kəsici alətdən xəsarət alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov