Bu gün səhər saatlarında Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi tapılıb.
 
Unikal.org xəbər verir ki, Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:53-də başa çatıb.

Xatırladaq ki, Trend-in məlumatına görə, dünən Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olmuşdu.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, vətəndaşın axtarışlarına başlamışdı.