Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva sosial şəbəkədə valideynlərinin fotosunu paylaşıb.

Unikal.org xəbər verir ki, Arzu Əliyeva şəkilin altına belə bir şərh yazıb: "Siz həyat yoldaşınız ilə necə tanış olmusunuz?

"Biz 33 il bundan əvvəl Bakıda, konsert zamanı tanış olmuşuq. Bir neçə aydan sonra isə evləndik. O vaxtdan birlikdə yaşayırıq. Mehriban ailəmiz və qürur duyduğumuz gözəl övladlarımız var. Mən hesab edirəm ki, ailədə yaxın münasibət istənilən insan üçün ən böyük dəyərdir. Uşaqların ailədə aldığı tərbiyəni heç bir məktəb, universitet əvəz edə bilməz. Övladlar valideyn arasında münasibəti görəndə, qarşılıqlı anlaşma hiss edəndə xeyirxah böyüyürlər. Mən ailəm cəhətdən çox xoşbəxtəm, 33 ildir ki, sevimli xanımımla yaşayıram. İşdən evə gəlib yaxınlarımın gözündə təbəssüm, mehribanlıq görəndə işimlə bağlı bütün problemləri, stressi, çətin məqamları unuduram, sevgi və mehribanlıq dünyasına daxil oluram."

Prezident İlham Əliyev: "33 il bundan əvvəl konsert zamanı tanış olmuşuq"