Əfsanəvi britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, ifaçı öz evində dünyasını dəyişib.

Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, ikiqat "Qremmi mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.