"Barselona"nın hücumçusu Neymar komanda yoldaşları Lionel Messi və Luis Suareslə təşkil etdiyi üçlüklə bağlı fikirlərini açıqlayıb.
Unikal.org-un xəbərinə görə, "Sport.es" nəşrinə müsahibəsində o deyib ki, onlar futbolda tarix yazırlar:
"Biz bunu bilirik və gündən-günə də inkişaf edirik. Biz hamını sevindirmək və sonadək birgə olmaq istəyirik. Belə futbolçularla oynamaq şərəfdir. Messi argentinalı, Suares uruqvaylıdır. Cənubi Amerika futbolunda biz rəqibik, həyatda isə dost".