Əməkdar artist Tünzalə Ağayeva "Formula 1 oyunlarına 6 ay qalması münasibətilə keçirilən konsertə qatılıb.
Unikal.org-un məlumatına görə, müğənni tədbirdən sonra axşam.az-ın fotokamerası qarşısına keçərək şəkillər çəkdirib.
T.Ağayeva bildirib ki, paytaxtımızda keçiriləcək sayca ikinci "Formula 1 Qran Prisinin səfiri seçilib. O, oyunların ölkədə tanıdılması işlərində yaxından iştirak edəcək.
Qeyd edək ki, T.Ağayeva ilə yanaşı əməkdar artist Murad Dadaşov, müğənni Miri Yusif, "Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı "Formula 3 pilotu Gülhüseyn Abdullayev rəsmi elçi seçiliblər.
M.Dadaşov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubuna öz dəstəyini göstərəcək. Miri Yusif könüllülərlə birgə çalışaraq, onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına öz töhfəsini verəcək. R.Əliyev "Formula 1 ilə əlaqədar sahib olduğu təcrübə və biliyi ölkə ictimaiyyəti ilə bölüşərək, Azərbaycanda yarışa maraq oyatmağa çalışacaq. Gülhüseyn Abdullayev mübarizə apardığı avtoidman yarışlarında Bakı Şəhər Halqasını təmsil edəcək, Azərbaycanın beynəlxalq arenada daha geniş ictimaiyyətə təqdim olunmasında fəal iştirak edəcək.