Bakıda daha bir dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub.
Unikal.org Lent.az-a istinadən məlumatına görə, 1982-ci il təvəllüdlü Quluzadə Emilya Lətif qızı polisə müraciət edərək bildirib ki, 2014-cü ilin fevral ayının 15-də Tərlanə adlı qadın onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ceyhun Quliyevdən 5 min manat alıb. Nizami rayonu Naxçıvani küçəsində pul alan həmin qadın C.Quliyevi işə düzəldəcəyinə vəd verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq vəd yerinə yetirilməyib, üstəlik pul da qaytarılmayıb.
E.Quluzadə həyat yoldaşına qarşı dələduzluq etmiş şəxsin cəzalandırılmasını xahiş edib.
Araşdırma aparılır.