İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib.
Unikal.org NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.
O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.
Qeyd edək ki, bu gecə İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina"gecə klubuna hücum olub.
Uzun lüləli silahla qapıda dayanan insanlara atəş açan terrorçu 1 polis və 1 vətəndaşı şəhid etdikdən sonra içəriyə girib. Bundan sonra vətəndaşların üzərinə güllə yağdırıb.