Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Unikal.org xəbər verir ki, Kremlin rəsmi internet saytında yerləşdirilən Putinin şərhində ideyilir:
"Yeni il qeyd edən günahsız insanları öldürməkdən daha pis bir cinayət hesab edilə bilməz. Lakin terroristlərə insani duyğular daha çox xaricdən gəlir. Bizim ortaq vəzifəmiz terror qarşı qərarlı bir şəkildə cavab verməkdir".
Rusiya dövlət başçısı, terrorla mübarizədə Rusiyanın Türkiyənin etibarlı bir partnyoru olduğunu və bundan sonrada olacağının vurğuladı.
Vladimir Putin, hadisədə həyatını itirənlərin yaxınlarına və ailələrinə başsağlığı verib, yaralananlara şəfalar diləyib.
Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.