Yanvarın 1-nə keçən gecə İstanbulda "Reina" gecə klubuna basqın zamanı 39 nəfərin ölümü, 69 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi bş verib.
Unikal.org xəbər verir ki, hurriyet.com-un əməkdaşı məşhur gecə klubunun sahibi Mehmet Koçarslanla danışıb. Koçarslan, telefonu gözyaşına boğulmuş bir şəkildə hıçqırıqlarla açıb.
Mehmet Koçaraslanın ağzından çıxan ilk söz 'offfffffffffffff' oldu. O ağlayaraq bunları deyib:
"Şərəfsizlər "kalaşinkof" avtomatı ilə içəri giriblər. Onlar bununla insanları güllələyiblər. Amerika kəşfiyyatı bunun məlumatını vermişdi. 1 həftə, 10 gün bundan əvvəl dənizdən terrorçuların daxil ola biləcəylərini nəzərə alaraq təhlükəsizlik tədbirləri alındı. Göz görə görə bu hücum meydana gəldi" -deyə o vurğulayıb.