Yanvarın 1-də İstanbulda baş verən terror aktı ilə əlaqədar Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə iclas keçirilib. Təxminən 1,5 saat davam edən iclasda Baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Süleyman Soylu, səhiyyə naziri Rəcəb Akdağ, İstanbul Valisi Vasip Şahin və İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan iştirak ediblər.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasdan sonra Binəli Yıldırım mətbuata açıqlama verib. Bildirib ki, terror bizi qorxutmaz, biz terroru qorxuduruq.
Baş nazir deyib: "Terrorun məqsədi birliyimizi-bərabərliyimizi zədələməkdir. Türkiyə xeyli müddətdir ki, bölgədə həm separatçı terror təşkilatı, FETO və DAEŞ-a qarşı eyni vaxtda amansız mübarizə aparır. Bunun bir qarşılığı olacağını bilirik. Amma terrora əsla boyun əyməyəcəyik. Bu gün burada olan terror dünyanın başqa bir ölkəsində də ola bilər. Buna heç bir ölkə zəmanət verə bilməz. Türkiyənin Suriyada əhəmiyyətli bir vəzifə alması və atdığı addımlar ciddi bir müvəffəqiyyət verir. Bu və buna bənzər hadisələrlə bütün ölkələr qarşılaşa bilər. Terror bizi sındırmaz, qardaşlığımızı poza bilməz. Terror bizi qorxutamaz, biz onu qorxuduruq. Terrorun üstünə getməyə davam edəcəyik. Bir daha həyatını itirənlərin yaxınlarına başsağlığı diləyirəm."