ABŞ Hərbi Hava Qüvvələri F-35 döyüş təyyələrinin beşinci nəslini Rusiya və Çinlə müharibəyə hazırlayır.
Unikal.org xəbər verir ki, bu barədə "Scout Warrior nəşri yazıb.
ABŞ Hərbi Hava Qüvvələrinin F-35-lərin inteqrasiyası departamentinin rəhbəri, general-mayor Ceffri Harriqian deyib ki, bu döyüş təyyarələrində yer-hava tipli raket sistemi var:
"Bu sistem çoxmanevrlidir və hədəfi dərhal məhv etmək potensialına sahibdir.
Onun sözlərinə görə, açıq havada və real döyüş səhnələrində F-35-lərin yeni tipinin ilk sınağı keçirilir.
Nəşr qeyd edir ki, amerikalı hərbiçilər əsas təhlükə kimi Rusiyanın S-300-lərini görürlər.
Yeni döyüş təyyarələri bu kimi təhlükələrin qarşısını alacaq.
Nəşr qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələrinin hazırığı 2020-ci ildən sonrsa Rusiya və Çinlə nəzərdə tutulan mümkün müharibə üçündür.