İrəvandakı mehmanxanaların birində rusiyalı zabitin meyiti aşkarlanıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, ölən şəxs 45 yaşlı Viktor Yemelyanovdur.
Bildirilir ki, V.Yemelyanov Rusiyanın Ermənistandakı hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.