Varşava Müqaviləsi Təşkilatının Çexoslovakiyanı işgal etməsi (kod adı: Dunay Əməliyyatı) ilə bağlı nadir görüntülər yenidən sosial şəbəkələrdə gündəmə gəlib.
20-21 avqust 1968-ci ildə Aleksandr Dubçekin "Praqa Baharı" adı verilən siyasi liberallaşma islahatlarını dayandırmaq üçün SSRİ və Varşava Müqaviləsi Təşkilatının digər üzvləri olan Şərqi Almaniya, Polşa, Bolqarıstan və Macarıstan Çexoslovakiyanı işgal edib.
Təqribən 500000 əsgərin, 5000 tank və BTR-in iştirakı ilə gerçəkləşən işgalda Rumıniya və Albaniya əməliyyata qoşulmaqdan imtina edib. İşğal gecəsi Şərqi Almaniyaya (ADR) bağlı birliklər əməliyyata hazırlaşdığı vaxtdan bir neçə saat öncə Moskva tərəfindən Çexoslovakiya sərhədini keçmək haqda əmr verilib. 108 çex və slovakın öldüyü işğalda 500 nəfər də yaralanıb.
İşğal nəticəsində Aleksandr Dubçekin siyasi liberallaşma islahatları sona çatdırılıb və Çexoslovakiya Kommunist Partiyası hakimiyyətdə möhkəmlənib. SSRİ-nin bu vaxta təsadüf edən siyasəti Qərbdə "Brejnev doktrinası kimi də tanınır.