Terroru aradan qaldırmasaq, virus kimi hər kəsi saracaq.
Bu sözləri İran Prezidenti Həsən Ruhani ötən gün Türkiyədə baş verən teraktı dəyərləndirərkən söyləyib.
Ruhani İran televiziyalarından birində çıxışı zamanı İstanbuldakı teraktı təəssüflə qarşıladıqlarını bildirib:
"Yeni ilin ilk günündə İstanbulda kədərli bir olayla rastlaşdıq. Günahsız, müdafiəsiz insanların öldürülməsi hər baxımdan qınanılacaq bir məsələdir. Terrorizmə qarşı çıxmasaq, o, heç kimə acımadan bir virus kimi yayılacaq".