Bakıda bir məhəlləyə Lələ Təpə adı verilib.

Unikal.org azerbaycan24.com-a xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində aprel şəhidlərinin xatirəsi əbədiləşdirilib.

Hələ bir neçə ay əvvəl sakinlərin təşəbbüsü ilə məhəllənin girişində üzərində Lələ Təpə məhəlləsi yazılmış xüsusi lövhə yerləşdirilib və Azərbaycan bayrağı asılıb.

Bu gün isə ərazidə asılan bayraq dəyişidirilib və daha böyüyü ilə əvəz olunub.