Moldovanın yeni prezidenti İqor Dodon Rumıniyanın sabiq dövlət başçısı Trayan Beseskunu bu yaxınlarda aldığı Moldova vətəndaşlığından məhrum edib.

Unikal.org xəbər verir ki, o öz "Facebook" səhifəsində bu barədə fərman imzaladığını bildirib.

Xatırladaq ki, 2016-cı ilin iyun ayında Moldovanın dördüncü prezidenti Nikolay Timofti Beseskuya respublika vətəndaşlığı verib. Dodon isə prezident seçiləcəyi təqdirdə Beseskunu vətəndaşlıqdan məhrum edəcəyini bildirmişdi.