Bakının "Neftçi klubu transfer işlərini davam etdirir.

Unikal.org klubun rəsmi saytına istinadən məlumat verir ki, komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.

Sonuncu komandası Qazaxıstanın "İrtış klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin "Reyncers, "Huaçipato, "Maqalyanes, "Kobreloa, "Deportes İkike və İspaniyanın "Real Betis B klublarında çıxış edib.