Gürcüstanın Batumi şəhərində reallaşdırılan "Trump Tower" layihəsinin icrası dayandırılıb.
Unikal.org-un məlumatına görə, apa-nın "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Trump Organization" və Gürcüstanın investisiya şirkəti olan "Silk Road Group"un birgə bəyanatında deyilir.
47 mərtəbəli göydələnin tikintisi barədə razılaşma 2012-ci ildə imzalanıb.
Bundan öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın opponentləri dəfələrlə bəyan ediblər ki, xarici ölkələrdə biznes maraqları ölkə başçısının xarici siyasətinə təsir edəcək. "Bloomberg" isə qeyd edir ki, Gürcüstandakı biznes layihəsinə xitam verməklə D. Tramp bütün iddialara cavab verib.
"Bloomberg" onu da xatırladır ki, ötən ay "Trump Organization" Azərbaycan və Braziliyadakı layihələrinin icrasına xitam verib.