""Azad Azərbaycan" (ATV) televiziyasında yayımlanan "Gecə qonağı" filminə monitorinq qrupumuz tərəfindən baxılıb və yer alan müəyyən səhnələr qanun pozuntusu kimi qəbul edilməyib".
Unikal.org xəbər verir ki, Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.
O qeyd edib ki, göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir: ""Gecə qonağı" filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orda müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil".