Bakı və Abşeron yarımadasında yanvarın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 2-4° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

2017-ci il yanvarın 6-7-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir.