Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanvarın 4-də relslərdən biri sökülüb, gecə saatlarında yerinə asfalt döşənib.

"Azəravtoyol ASC-nin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi Namiq Alıcanov bildirib ki, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.