Hindistanın Uttar-Pradeş ştatında iki itin toyunu beş mindən çox insan ziyarət edib.
Bu barədə Unikal.org AzVision.az-a istinadən xəbər verir.
Toy mərasimi Pavara kəndində hind ənənəsinə uyğun olaraq keçirilib.
`Bəy` mərasimə güllərlə bəzədilən xüsusi maşında gəlib. Mərasim zamanı `gəlin`in sahibi Cunq Bahadur göz yaşlarını saxlaya bilməyib.
Tədbirdə yerli dicey iştirak edib, qonaqlar isə rəqs edib. Mərasimdən sonra `cütlük` birlikdə bəy maşınında gediblər.