Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzində ölüm hadisəsi baş verib.
"ASAN xidmət mərkəzi"nin notarial xidmətindən istifadə edən yaşlı kişinin vəziyyəti qəfildən pisləşib. Dərhal hadisə yerinə "Təcili tibbi yardım" çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaq, ürək xəstəliyindən əziyyət çəkən 70 yaşlı kişi ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.