Radio verilişlərindən birində mobil telefon qazanan Selim adlı dinləyici hədiyyə qutusunu açanda gördüklərindən təəccüblənib.
Belə ki, qutunun içərisindən xiyar və telefon maketi çıxıb. Buna əsəbləşən Selim məhkəməyə müraciət edib. O, hədiyyəni karqo ilə gətirtmək üçün 188 türk lirəsi (təxminən 108 manat) ödədiyini deyib.
Araşdırmalar nəticəsində məlum olub ki, Mehmet S. adlı fırıldaqçı televiziya və radio vasitəsi ilə dələduzluq edərək insanları aldadır. Məhkəmənin qərarına əsasən, ona 1 il 8 aylıq həbs cəzası verilib. Zərərçəkən isə məhkəmənin qərarına narazılıq olaraq: "Həm incidim, həm də aldadıldım", - deyib.