Bu gün Bakıda "İlaxır çərşənbə" üçün hazırlanan rəsmi tədbirdə maraqlı hadisə baş verib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram mərasimi üçün "Atəşgah"a gətirilən 5 dəvədən biri elə yolda doğub.
Tədbir təşkilatçıları məcbur olub 5 dəvə ilə deyil, 4 dəvə ilə yola davam ediblər. Köşəyə anası ilə birlikdə qalması üçün rahat şərait yaradılıb.
Həmin maraqlı görüntüləri təqdim edirik.