"Ankaradakı terror Türkiyə ordusunun PKK-ya qarşı apardığı tədbirlər  görə baş verib"

Bu fikirləri Unikal.org saytına açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millər vəkili Fazil Mustafa deyib. O qeyd edib ki, baş vermiş hadisə təsadüfi olaraq Ərdoğanın Azərbaycana səfəri ilə üst-üstə düşür: "Türkiyə prezidentinin Azərbaycana gəlməməsinin səbəbləri bəllidir.  Orada terror baş verib. Daxili siyasətə nəzarət etmək üçün Pütinin Türkiyədə qalması vacib idi. Bundan başqa, ölkədə yas mərasimləri başqa vacib tədbirlərin olması səfərin təxirə salınmasını əsaslandıran şərtlərdəndir".

Deputat prezident İlham Əliyevin Türkiyəyə səfərini qardaşlıq jesti kimi dəyərləndirib: "İlham Əliyevin belə bir şəraitdə atdığı addım böyük qardaşlıq jestidir. Gözlənilən adddım idi. İndiki durumda belə bir addımın atılması uğurlu bir seçimdir. Ümid edə ki, bu Türkiyə -Azərbaycan dostluğunun bir nümunəsinə çevriləcək. Hesab edirəm ki, görüş çərçivəsndə Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı maraqlı və vacib müzakirələr olacaq"

HƏSƏN BABAYEV