"Təbii ki, mənim üçün Milli Məclisin Mədəniyyət Komitəsindən çıxıb, İctimai Birliklər və Dini Qurumlar Komitəsində təmsil olunmaq çətindir.
Bu sözləri Unikal.org-a millət vəkili Nizami Cəfərov deyib.
O, bildirib: "Biri var bu dünyanın işləri ilə məşğul olasan, biri də var o dünyanın. Aralarında ciddi fərq var. Bu, bir daha özünü təsdiqləyir ki, bu dünyanın işlərini görməklə iş bitmir. Gərək, o dünyanın da işlərini görəsən. Yaş artıqca buna daha çox ehtiyac olur. İnsan müdrikləşdikcə, o dünyaya daha çox diqqət yetirir ki, görəsən orada vəziyyət necədir?.
"Nizami müəllim bu dünyanın işini görməyə sizə icazə vermədilər, yoxsa özünüz istəmədiniz - sulına deputatın cavabı belə olub:
" Mən əvvəl elə bilirdim ki, bu dünyanın işi çətindir. Sən demə, o dünyanın işi bu dünyanın işindən də çətindir.