Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org saytına müsahibəsində bildirib ki, istehlakçıların banklar tərfindən hüquqlarının pozulması ilə bağlı müvafiq qurumların rəhbərlərinə müraciət edib:
"Əhali arasında dollarla olan kreditlərlə bağlı problem yaşanır. Daim bu barədə təşəkilatımıza şikayətlər daxil olur. Çox təəssüflər olsun ki, biz hələ də uğurlu məhkəmə nəticəsi əldə edə bilməmişik. Bank sektoru ilə bağlı ciddi istehlakçı hüquqlarının pozulması halları mövcuddur. Mən keçən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rufət Aslanlıya rəsmi məktub yazıb ondan görüş istəmişəm. İstehlakçı problemlərinin həllinə çalışmaq lazımdır ki, insanlar arasında narazılıq halları artmasın. Ən çox istehlakçı hüquqlarının pozulması ilə bağlı "Unibank"dan şikayətlər daxil olur. Son zamanlar bu vəziyyət kütləvi hal alıb"