Hesablamalar Palatası Maliyyə Nazirliyində yoxlama aparır.

Bu barədə Unikal.org-a daxil olan məlumatda bildilir. Hələlik yoxlamanın detalları açıqlanmır. 

Xəbəri dəqiqləşdirmək üçün Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevlə əlaqə saxladıq. O, unikal.org-a açıqlamasında bildirdi ki, ola bilsin kiçik həcmli yoxlama aparaılır: "Bununla bağlı mən Sizə dəqiq informasiya verəcəyəm. Bu açıqlamadan sonra bir neçə gün Mais Piriyev telefon zənglərimizə cavab vermədi.

Qeyd edək ki, bir neçə gün öncə İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib. Prezident iclasdakı yekun nitqində iqtisadiyyatın bir çox sahələri ilə bağlı mövcud olan problemlər və planlar barədə danışıb. Dövlət başçısı bank sektorunun Azərbaycana iqtisadiyyatına ciddi ziyan vurduğunu diqqətə çatdırıb.