Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış törədilib, ilkin məlumata görə, 6 nəfər ölüb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, partlayış Kafrsus rayonunda törədilib. Xəsarət alanlar arasında ağır yaralananların olduğu bildirilir.

Məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.