Türkiyədə polisin "canlı bomba" olduğunu ehtimal etdiyi qızın üzərində axtarışlar aparması geniş müzakirələrə səbəb olub.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, polis axşam saatlarında Diyarbakır Sur bölgəsində əməliyyata başlayıb. PKK terrorçularına qarşı həyata keçirilən əməliyyat zamanı toqquşmanın baş verdiyi ərazidən dinc sakinlərin çıxmasına imkan yaradıb.
Ərazini tərk edən kiçik qızın üzərində bomba olduğu ehtimal edilib.Posil 7 yaşlı qızın üzərini uzaqdan verdiyi əmrlər vasitəsi ilə yoxlayıb.
Qız polislərin əmrləri əsasında əllərini yuxarı qaldırıb, daha sonra paltarlarını çıxarmağa başlayıb.Polislər qızın üzərindən bomba tapmayıblar.