Cənubi Koreyanın aparıcı müxalif Toburo Demokratik Partiyasının lideri Li Çje Myunq Busana səfəri zamanı hücuma məruz qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Məlumata görə, mətbuat konfransı zamanı naməlum şəxs siyasətçinin boynuna bıçaq zərbəsi endirib. Li Jae Myung hadisədən 20 dəqiqə sonra xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs nəzarətə götürülüb. Digər təfərrüatlar verilmir.

Ağarza Elçinoğlu