Bərdədə yanğın olub. 

FHN-dən "Unikal"a verilən məlumata görə, Bərdə rayonunun İmamqulubəyli kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.