Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:
Eldarov Ömər Həsən oğlu
Əliyeva Böyük Xanım Həsənbala qızı
Həşimzadə Xanlar Allahverdi oğlu
İsrafilov Fərhad Ramazan oğlu
Məlikov Aqil Qədəşbala oğlu
Məmmədəliyeva Sevda Yusuf qızı
Mustafayeva Laləzar Bəşir qızı.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll eməlidir.