"Türk Hava Yollarına məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.

 
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

 
Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.

 
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb.