Yumurtlama müddətindən əvvəlki ilk 2 gün əhəmiyyətlidir .
Hamilə qalmaq üçün doğru zaman və cinsi yaxınlıq sıxlığı çox vacibdir. Unikal.org Aile.lent.az-a istinadən ana olmaq istəyənlərin diqqət etməli olduğu məqamları təqdim edir.
Hamilə qalmaq üçün düzgün zamanlama çox vacibdir. Cinsi əlaqədən sonra spermalar 2, ya 3 gün canlı qala bilərlər. Ancaq yumurta hüceyrəsi maksimum 24 saat canlı qalır. Buna görə hamilə qala bilmək ehtimalını artırmaq üçün yumurtlama müddəti ərzində birdən çox cinsi yaxınlıq etmək lazımdır. Cinsi əlaqənin yumurtlama müddətindən 1-2 gün əvvəl və yumurtlama günü baş verməsi daha yaxşıdır. Düzdür, yumurtlamanın gerçəkləşəcəyi vaxtı dəqiqləşdirmək mümkün deyil, bu, bəzən menstruasiya nizamına da bağlıdır.
Əgər hamilə qalmaq istəyirsizsə, bir neçə ay menstruasiya müddətinizə nəzarət edin. Yumurtlama müddətinin bəzi əlamətləri bunlardır:
Döşlərdə həssaslıq
Qarında yüngül narahatlıq hissi
Yumurta ağı kimi sulu və artmış vaginal axıntı
Ümumi bədən istiliyində azca artım
Menstruasiya nizamsızlığı olan qadınlarda yumurtalama necə hesablanır?
1 il ərzində qadınlar əsasən 12 dəfə menstruasiya yaşayarlar. Bəzən ötürülən aylar, qanamanın olmadığı aylar ola bilər. Sıxıntılar, ağır idmanlar, artıq çəki, ya da çox arıqlama səbəbi ilə bu problem ortaya çıxır. Menstruasiya dövrü nə qədər pozularsa, yumurtlamanı təyin etmək də o qədər çətin olur.
Menstruasiya pozulubsa və 35 gün fasilələrlə olursa, buna səbəb olacaq polikistik over sindromu, yumurtalıq çatışmazlığı, tiroid pozğunluğu, çox arıqlıq, yüksək prolaktin kimi səbəblərdən dolayı mütəxəssisə müraciət edin.
Hər gün yumurtlama müddətini güdmənizə, üstəlik hamilə qalmaq üçün orqazm olmanıza belə, ehtiyac yoxdur. Həftədə minimum 2 dəfə cinsi yaxınlıq etməniz hamilə qala bilməniz üçün bəs edəcək.
Hamilə qala bilmək üçün daha yaxşı cinsi yaxınlıq pozisiyası hansıdır?
Xüsusi cinsi pozisiya yoxdur. Spermanın uşaqlıq ağzında toplanmasına kömək edən bir neçə pozisiya var sadəcə. Yumurtlamadan bir-iki gün əvvəl, ya da elə həmin gün cinsi yaxınlıq etmək bəs edəcək. Uşaqlıqdakı sıxılmalar spermanın yumurtalıq kanallarına daşınmasına yardım edir.
Yaxınlıqdan sonra uzanmaq lazımdırmı?
Yaxınlıqdan sonra 15 dəqiqə uzanıqlı vəziyyətdə qalmaq vaginada daha çox sperma qalmasına kömək edəcək.
1 il və daha çox müddətdir qorunmasız müntəzəm şəkildə yaxınlıq edir, ancaq heç bir nəticəsini görmürsüzsə, aybaşılarınız nizamsız olursa, həkimə getmənizdə fayda var.
İlk bir il qadınların problemsiz hamilə qalma şansı 75-85% arasındadır.