Bişkekdə Türkiyəyə məxsus "Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn olunması ilə bağlı xərcləri Qırğızıstan hökuməti öz üzərinə götürəcək.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Qırğızıstan baş nazirinin müavini Çolpon Sultanbekova deyib.

O həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanların müalicəsi də dövlət hesabına həyata keçiriləcək.