Son sutka ərzində Polşada iki nəfəri don vurub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı il noyabrın 1-dən etibarən ölkədə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti səbəbindən ölənlərin sayı 85 nəfərə çatıb.

Qeyd edək ki, yanvarın ilk yarısında Polşanın Malopol vilayətində gecə havanın temperaturu mənfi 37 dərəcə olub.