Bakıda epilepsiya xəstəsini vurub öldürən şəxs polisə təslim olub.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında baş vermiş münaqişə zəminində E.Əliyev sillə ilə A.İsmayılovu vurub və A.İsmayılov hadisə yerində ölüb.
E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.