Femen hərəkatının fəalı Madriddə Trampın mum heykəlinin açılış zamanı etiraz aksiyası keçirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktivistin bədənində ingilis və ispan dillərində "Patriarxın arxasından tut yazısı olub. Bununla Femen 2005-ci ildə Trampın qadınları təhqir edən nitqinə etirazını bildirib.

Açılışa gələn fotoqraflar Trampın heykəli təqdim edilərkən fotosunu çəkməyə başlayıb. Elə həmin anda çılpaq qadın heykəlin qarşısına çıxıb.