İstanbulda yeni il gecəsi "Reina"ya hücum edib 39 insanı qətlə yetirən terrorçu Abdulkadir Masharipov, İstanbul Esenyurtdakı əməliyyatda dünən gecə yarısı tutuldu.
Unikal.org bildirir ki, Masharipov 31 dekabr gecəsi əlində silahla Reinaya girmiş, onlarla adamın canını aldıqdan sonra itkin düşmüşdü.
17 gün Türkiyənin hər yerində axtarılan terrorçu, İstanbul Terrorla Mübarizə şöbəsinin müvəffəqiyyətli əməliyyatı ilə ələ keçirildi.
Unikal.org özəl olaraq terrorçunun son fotosunu təqdim edir: