ABŞ-ın sabiq Prezidenti Corc Buş (ata) Texas ştatının Hyuston şəhərində xəstəxanaya yerləşdirilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 92 yaşlı sabiq dövlət başçısının həyatı üçün heç bir təhlükə yoxdur. O, bir neçə gündən sonra evinə qayıdacaq.
Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin səbəbi hələ ki, açıqlanmır.