Almaniyadan olan alimlər ideal həyat yoldaşının 3 əsas keyfiyyətini müəyyən ediblər.

Unikal.org-un məlumatına görə, psixoloqlar kişilərin özlərinə ömür-gün yoldaşı seçəndə əsas 3 xüsusiyyətə oriyentasiya olduğunu deyirlər:

Kulinar bacarıqlar, gözəllik və intim həyatda fəallığı.

Alimlər də psixoloqların dediklərinin reallığını yoxlamaq üçün araşdırmaya başlayıblar. Bunun üçün onlar sorğu təşkil ediblər. Sorğuda 20-50 yaş arası kişilər iştirak edib.

Nəticədə bəlli olub ki, psixoloqlar haqlıdırlar. Belə ki, kişilər ilk olaraq qadının kulinar bacarıqlarını qiymətləndirirlər. Dadlı təamlar hazırlaya bilən zərif cinsin nümayəndələri xarici görkəmindən asılı olmayaraq daha asanlıqla ailə qura bilir.

İkinci yerdə cazibədarlıqdır. Kişilərin böyük əksəriyyəti öz yanlarında baxımlı, gözəl, daima diqqət çəkən qadın görmək istəyir.

Üçüncü keyfiyyət isə intim həyatla bağlıdır. Qadınların yataqda fəallığı, utanmadan hərəkət etmələri onları cəlb edən ən güclü faktorlardandır.