Pakistanda keçən ilin iyun ayında baş verən hadisə hələ də hər kəsin marağındadır. Belə ki, ana Parveen Bibi 18 yaşlı qızı Zeenat Rafiqı diri-diri yandırıb, sonra isə qonşulara bu barədə xəbər verib, bildirib ki, namusunu belə təmizləyib.
Unikal.org xəbər verir ki, Zeenat 4 günün gəlini olub. Anası onun bəyənmədiyi bəy namizədi seçib ailə qurduğu üçün qızına ana belə cəza verib. Ana qızını yatağa bağlayıb, sonra isə otağı yandırıb.
Qeyd edək ki, anaya edam cəzası verilib.