Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindən Türkiyəyə qeyri-qanuni yolla daxil olan İŞİD terror təşkilatının üzvü saxlanılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ölkədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinir.
Belə ki, dindirilmə zamanı terrorçu sərhəddə torpağa içində silah-sursat olan torba basdırdığını bildirib.
İŞİD-çinin göstərdiyi yerdən 3 əldəqayırma partlayıcı qurğunun fitili, 3 uzaqdan idarəetmə aparatı və 3 kq 560 qr RDX partlayıcıları aşkar edilib.