Hyuston şəhərində xəstəxanaya yerləşdirilən ABŞ-ın sabiq prezidenti Corc Buş tibbi müəssisənin reanimasiya şöbəsinə köçürülüb.
Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun vəziyyətinin stabil olduğu bildirilir.
NBC telekanalının məlumatına görə, 92 yaşlı C.Buş xəstəxanaya təngnəfəslik səbəbindən yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.