İtaliyanın Qran-Sasso dağ massivində yerləşən Abrusso vilayətində qar uçqunu nəticəsində yerli "Rigopiano di Farindolahoteli qarın altında qalıb. Hadisə baş verən zaman içəridə 20-dən çox insanın olduğu ehtimal edilir.
Unikal.org xəbər verir ki, bu barədə "RaiNews telekanalı məlumat yayıb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Hotel müştəriləri və əməkdaşlarının telefonlarına zəng çatmır.
Peskara əyalətinin rəhbəri Antonio Di Marko insidenti "dəhşətli faciəadlandırıb.O,yalnız oteldə olan 27 nəfərin deyil, ətrafdan keçən bir çox insanın da uçqun altında qalma ehtimalının olduğunu bildirib.