Türkiyə Xalqların Demokratik Partiyasından (HDP) olan daha bir millət vəkili tutulub.
Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, HDP-nin Batman vilayətindən olan millət vəkili Ayşə Acar Bacaran səhər saatlarında Ankarada saxlanılıb.
Əldə edilən məlumata görə, həbsə səbəb "Terror təşkilatına kömək və dəstək" iddiasıyla haqqında Batman Respublika Baş Prokurorluğu tərəfindən icra edilən istintaq daxilində ifadə verməyə gəlməyən HDP Batman millət vəkili Başaran üçün həbs qərarı verilib.